Daşkənddən ACI XƏBƏR: 5 tələbə zəhərlənib öldü
Bizi izləyin

MDB

Daşkənddən ACI XƏBƏR: 5 tələbə zəhərlənib öldü

Özbəkistanın paytaxtı Daşkənd şəhərinin Yunusabad rayonunun İnjabad küçəsində kirayə yaşadıqları evdə beş tələbə kəskin zəhərlənmədən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, tələbələr naməlum maddədən zəhərləniblər.

Tələbələrin üçü Daşkənd İnformasiya Texnologiyaları Universitetinin, digərləri Sinqapur və İnxa universitetlərinin tələbələri olub.

Hadisə ilə bağlı Yunusabad rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Cinayət işi Respublika Baş Prokurorluğunun nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm