Korotçenko: "Belə mağara təfəkkürü ilə Ermənistan məhvə məhkumdur"
Bizi izləyin

MDB

Korotçenko: "Belə mağara təfəkkürü ilə Ermənistan məhvə məhkumdur"

“Ermənistan prezidenti Armen Sərkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyandan gələn sərəncamı imzalamaqdan imtina etdi. Bu, Paşinyanın siyasi mövqelərini kəskin dərəcədə pisləşdirir, eyni zamanda, onun qisas hissi ilə alışıb-yanan rəqiblərini gücləndirir”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

“Ən başlıcası, müharibədəki kapitulyasiyadan sonra psixoloji travma almış erməni cəmiyyəti heyrətamiz bir şəkildə unudur ki, savaşdakı biabırçı məğlubiyyətə görə əsas məsuliyyəti “botanik” Paşinyan yox, məhz generallar daşıyır”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, məhz generalitet on illərdir Ermənistanın hərbi büdcəsini talan edir, Köçəryan-Sərkisyan dövründə şəxsi zənginləşmə üçün korrupsiya sxemləri qururdu: “Amma indi hər şeyə görə Paşinyan cavab verməlidir – hansı üçün ki, artıq dar ağacı qurulub. Paşinyan yazıqdımı? Yox. Yazıq olan qaranlıqda dolaşan və siyasətbazların çirkli oyunlarının girovuna çevrilən erməni xalqıdır. Erməni cəmiyyəti böyük ölçüdə millətçilik virusuna yoluxub və nasist əlaltısı Qaregin Njdenin faşist ideyalarına mübtəla olub. Belə ibtidai, mağara şüuru ilə Ermənistan ikinci dərəcəli bir varlığa - daha doğrusu, marginal bir ölkəyə, bir növ "Cənubi Qafqazın Somali”si olmağa məhkumdur” – Korotçenko fikrini tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm