Belarus və Rusiya birgə hərbi təlim keçirəcək
Bizi izləyin

MDB

Belarus və Rusiya birgə hərbi təlim keçirəcək

Belarus və Rusiya iki birgə hərbi təlim keçirəcək.

Publika.az BELTA-ya istinadla xəbər verir ki, birgə hərbi təlimlərin martın 9-dan 20-dək Rusiyanın Polivno, martın 15-dən 20-dək isə Belarusun Osipoviskiy poliqonlarında keçirilməsi nəzərdə tutulur.

Rusiyada keçiriləcək birgə hərbi təlimdə 400-dən çox hərbçi və 100 hərbi texnika, o cümlədən iki Mi-24 və altı Mi-8AMTŞ vertolyotları iştirak edəcək.

Belarus ərazisində keçirilən birgə hərbi təlimə də eyni sayda canlı qüvvə və hərbi texnika cəlb ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm