Özbəkistanda latın əlifbasının yeni variantı hazırlandı - FOTO
Bizi izləyin

MDB

Özbəkistanda latın əlifbasının yeni variantı hazırlandı - FOTO

Özbəkistanda latın əlifbasının yeni variantının layihəsi müzakirəyə çıxarılıb. Yeni variantda əlavə hərflər və səslər yer alacaq.

Publika.az xəbər verir ki, Özbəkistan Elmlər Akademiyası tərəfindən hazırlanan layihə 28 hərf və 1 apostrofdan ibarətdir.

Hazırda qismən istifadə olunan əlifba variantı 26 hərfdən ibarətdir. Ali və orta məktəblər üçün dərsliklər latın qrafikasında, bədii və elmi ədəbiyyat, KİV latın və kiril qrafikalarında çap olunur.

Özbəkistan Nazirlər Kabineti mərhələlərlə latın əlifbasına tam keçidlə bağlı “Yol xəritəsi”ni təsdiq edib. Sənəddə bildirilir ki, 2023-cü il yanvarın 1-dən bütün təşkilatlarda sənədləşmə, kargüzarlıq işləri, yazışmalar latın əlifbasının yeni variantı ilə aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm