MDB
Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər etdi
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əfqanıstana gözlənilməz səfər edib.
Publika.az "ToloNews" telekanalına istinadla xəbər verir ki, Pentaqonun başçısı Kabildə yüksək vəzifəli yerli məmurlarla görüşmək niyyətindədir. KİV ehtimal edir ki, tərəflərin müzakirə mövzusu xarici qoşunların Əfqanıstandan çıxarılmasının müddəti ola bilər.
ABŞ Prezidenti Co Bayden bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların bu ölkədən mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını demişdi. “Sabiq Prezident Donald Trampın “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşma o qədər də möhkəm deyil. Bu səbəbdən müttəfiqlərimizlə, həmçinin hökumətlə məsləhətləşmələr aparırıq və qərar hazırlıq mərhələsindədir”, - deyə Bayden bildirmişdi.
Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəyi barədə zəmanət verib.
Saziş imzalandığı vaxtdan bəri taliblər Amerika tərəfini razılaşmanı pozmaqda dəfələrlə ittiham edib.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK