Almatıda sərt karantin müddəti uzadıldı
Bizi izləyin

MDB

Almatıda sərt karantin müddəti uzadıldı

Qazaxıstanda COVID-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşin şəhərdə sərt məhdudlaşdırıcı tədbirlər haqqında əmri bu il aprelin 12-dək uzadıldığını bildirib.

Publika.az xəbər verir ki, Almatıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair tədbirlərin gücləndirilməsi haqqında sənəd bu il martın 29-da qüvvəyə minir.

Sənədə əsasən alış-veriş və əyləncə mərkəzlərinin, ticarət evlərinin, muzeylərin, heyvanat parklarının, kitabxanaların, kafe və restoranların işi də qadağan ediləcək. Restoranlar və kafelər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilərlər.

Qazaxıstanda koronavirusun yayılması baxımından Nur-Sultan, Almatı və Qərbi Qazaxıstan vilayəti "qırmızı zona”ya daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm