Putinə vurulan koronavirus peyvəndi... – Kremlin açmaq istəmədiyi sirr
Bizi izləyin

MDB

Putinə vurulan koronavirus peyvəndi... – Kremlin açmaq istəmədiyi sirr

“Rusiya Prezidenti Vladimir Putinin koronavirusa qarşı peyvənd edildikdən sonra heç bir əks təsirini hiss etməyib”.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

“Heç bir simptom yoxdur”, - Peskov qeyd edib.

Putin martın 23-də koronavirusa peyvənd vurdurub. Prosedurdan dərhal sonra Kreml Rusiya liderinin sağlamlığı barədə məlumat verib. Bundan sonra prezidentin özü inyeksiya edildiyi sol qolunda yalnız kiçik narahatlıq yaşadığını söyləyib. Putin peyvəndləmədən sonra üç gün idmanla məşğul olmadığını da deyib.

Kreml Rusiya liderinin vurdurduğu peyvəndin adını açıqlamaqdan imtina edib və COVID-19-a qarşı hər üç Rusiya peyvəndinin effektliliyini vurğulayıb.

Hazırda Rusiyada üç peyvənd qeydə alınıb. İlk qeydə alınan peyvənd “Sputnik V” olub. Bundan sonra daha iki yerli peyvənd “EpiVakKorona” və “KoviVak” qeydiyyata alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm