Rusiyada ev heyvanlarının vaksinasiyasına başlanıldı
Bizi izləyin

MDB

Rusiyada ev heyvanlarının vaksinasiyasına başlanıldı

Rusiyanın bəzi bölgələrində baytar klinikalarında ev heyvanlarına koronavirus vaksini vurulmasına başlanılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Qurumu (“Rosselxoznadzor”) məlumat yayıb.

“Heyvanları xəstəlikdən qorumaq üçün qurum alimlər tərəfindən inkişaf etdirilən dünyanın tək vaksini “Carnivac-Cov”un ilk partiyaları dünəndən etibarən Rusiyanın müxtəlif şəhərlərinə göndərilib.

Vaksinasiya istehsalçı Federal Heyvan Sağlamlığını Qoruma Mərkəzindən vaksini satın alan özəl və dövlət klinikaları tərəfindən aparılır”, - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm