Moskvada KRİTİK GÖRÜŞ: Ortaq yanaşma təsdiq edildi - FOTO
Bizi izləyin

MDB

Moskvada KRİTİK GÖRÜŞ: Ortaq yanaşma təsdiq edildi - FOTO

Türkiyə, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) səlahiyyətliləri Rusiyanın paytaxtı Moskvada Liviya məsələsini müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Rusiya Prezident Aparatı Orta Şərq və Afrika Departamentinin xüsusi nümayəndəsi və xarici işlər nazir müavini Mixail Boqdanov, Türkiyə xarici işlər nazir müavini Sedat Önal və BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubiş (Jan Kubis) 7 iyunda Moskvada bir araya gəldilər.

Liviya məsələsinin müzakirə olunduğu bu görüşdə ölkədə müvəqqəti hökumətin 24 dekabrda keçirəcəyi seçkilərə dəstək üçün BMT himayəsində beynəlxalq cəhdlərin gücləndirilməli olduğu vurğulandı.

Söhbət zamanı Almaniyanın paytaxtı Berlində 23 iyunda nazirlər səviyyəsində olacaq yığıncaqdan əvvəl Liviyadakı vəziyyətə bağlı ortaq yanaşma təsdiq edildi".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm