Putindən YENİ TƏKLİF: Şoyqunu və Lavrovu... - VİDEO
Bizi izləyin

MDB

Putindən YENİ TƏKLİF: Şoyqunu və Lavrovu... - VİDEO

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti - 20-ci qurultayında çıxış edən Prezident Vladimir Putin yaxınlaşan parlament seçkilərində partiyanın siyahı liderlərinə beş namizəd təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti"məlumat yayıb.

Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.

"Mənim fikrimcə, bu siyahı, xüsusilə də ilk beşlik elə olmalıdır ki, orada uzun müddətdir siyasətdə olan insanlar yer alsın. Bizdə onları siyasi ağır çəkili adlandırırıq. Bu insanlar nisbətən yeni, amma elə adamlar olmalıdır ki, bizim inkişafımızın, həyatımızın ən mühüm istiqamətlərini bu və ya digər şəkildə təmsil edirlər", - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına növbəti seçkilər bu ilin 19 sentyabrında keçiriləcək.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm