MDB
Peskovdan TÜRKİYƏ AÇIQLAMASI: bizim üçün əhəmiyyət kəsb edir...

"Türkiyə ilə əlaqələr bizim üçün əhəmiyyət kəsb edir və bölgənin sabitliyini təmin edir".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyası "Rossiya-1" telekanalına verdiyi açıqlamada deyib.
O, Türkiyənin NATO üzvü olduğunu xatırladaraq bildirib:
"Türkiyə ilə münasibətlərimiz NATO üzvləriylə tərəfdaşlıq qurmağın mümkünlüyü və zəruriliyinin bir nümunəsidir".
Peskov Rusiyanın NATO ilə oturub danışa biləcəyini də vurğulayıb:
"Çünki yalnız dialoq içində narahatlıqlarınızı qarşı tərəfə düzgün şəkildə çatdıra bilərsiniz. Münasibətləri yenidən başlatmaq cəhdlərinə baxmayaraq, ultimatum ilə müəyyən mövzuları qəbul etdirməyə cəhd edilir. Qarşı tərəfin bu hərəkətləri dialoqu qeyri-mümkün hala gətirir".
Kremlin sözçüsü Rusiyanın NATO ilə konstruktiv əlaqələr qurmaqda maraqlı olduğunu xatırladıb.
Hüseyn

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ