Putindən ABŞ-la bağlı İDDİA: Dollar basır və...
Bizi izləyin

MDB

Putindən ABŞ-la bağlı İDDİA: Dollar basır və...

"Amerika Birləşmiş Ştatlarının büdcə kəsrini bağlamaq üçün dollar basması bütün qlobal iqtisadiyyata təsir edir".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiyanın digər rəsmi şəxsləri ilə video-konfrans formatında reallaşdırdığı yığıncaqda ölkə iqtisadiyyatındakı aktual mövzuları qiymətləndirən V.Putin deyib:

"ABŞ-da inflyasiya 5 faizi keçib. İki ildir ki, ölkədə 15 faizlik büdcə kəsri var. Bəs bu büdcə kəsrini necə bağlayırlar? Pul basaraq. Bu da inflyasiyaya səbəb olur. ABŞ iqtisadiyyatının və dolların ehtiyat pul olaraq əhəmiyyətini nəzərə alsaq, Amerikanın büdcə kəsrini bağlamaq üçün dollar basması bütün qlobal iqtisadiyyata təsir edir.

Qlobal iqtisadiyyatdakı daralmanın bütövlükdə davam etdiyini görürük və bu müddət inflyasiya riskləriylə paralel gedir.

Rusiyadakı inflyasiya böyük səviyyədə olmasa da, yenə düşündüyümüzdən artıqdır. Hər sahədə inflyasiyaya qarşı addımlar atılacaq.

Rusiya iqtisadiyyatının yeni tip koronavirus epidemiyası təsirlərindən də xilas olması ilə bağlı müşavirələr keçirilməlidir”.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm