• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Moskvada QAPALI GÖRÜŞ: Şoyqu Karapetyanla nədən danışıb?

  • MDB
  • 27 İyul 2021 22:36
  • 3 665 Baxış
Moskvada QAPALI GÖRÜŞ: Şoyqu Karapetyanla nədən danışıb?

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" hərbi-diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Karapetyan iyulun 27-də səhər saatlarında Moskvaya gedib.

"Danışıqlar qapalı keçirilib. Bu səbəbdən mövzuları və təfərrüatları hələ məlum deyil", - mənbə vurğulayıb.

Qeyd olunur ki, dünən tərəflər arasında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına həsr olunmuş telefon danışığı olub.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR