• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Rusiyada ailənin üç üzvü ilk peyvənddən sonra ÖLDÜ

  • MDB
  • 2 Avqust 2021 21:48
  • 1 444 Baxış
Rusiyada ailənin üç üzvü ilk peyvənddən sonra ÖLDÜ

Krasnodarda bir ailənin üç üzvünə COVID-19 peyvəndinin ilk dozası vurulduqdan sonra ölüblər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıv.

Qeyd olunub ki, prosedurdan 10-12 gün sonra onlara koronavirus infeksiyası diaqnozu qoyulub.

Səhiyyə naziri Mixail Muraşko bu işlə bağlı mediada yer alan məlumatları yoxlamağı tapşırıb.

Cütlük və onların yaşlı qohumu ilk dozanı 26 iyun 2021-ci ildə alıb. Ancaq hər üçünə COVID-19 diaqnozu qoyulub. Ölən həyat yoldaşlarının bir qızı qalıb.

"Bu insanlar inkubasiya dövrü zamanı, iyunun 26 -da peyvəndin ilk dozasını alıb. Həmçinin, şəkərli diabetdən əziyyət çəkirdilər, hemodializdə idilər", - deyə mənbə izah edib.

Mənbə deyib ki, həmin insanların ölümü çox güman ki, peyvəndlə deyil, COVID-19 ilə əlaqəlidir. Agentliyin yazdığına görə, Krasnodarda yoxlama başlayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR