Putin İmran Xanla Əfqanıstanı MÜZAKİRƏ ETDİ
Bizi izləyin

MDB

Putin İmran Xanla Əfqanıstanı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putin Pakistanın Baş naziri İmran Xanla Əfqanıstandakı mövcud vəziyyəti müzakirə edib.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumatb yayıb.

Bildirilib ki, liderlərin söhbəti zamanı ölkədə sülhün qorunmasının və əfqanlararası dialoqun qurulmasının əhəmiyyətini vurğulanıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə telefon danışığı keçirdi. Əfqanıstandakı vəziyyəti müzakirə edərkən, ölkədə sülhün, təhlükəsizliyin qorunmasının və zorakılığın qarşısının alınmasının vacibliyi vurğulandı. Bütün qrupların maraqlarını nəzərə alan əhatəli bir hökumətin qurulmasına töhfə verəcək "əfqan dialoqu"nun qurulmasının önəmi qeyd edildi", - məlumatda deyilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm