MDB
Moskvadan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi ilə bağlı müzakirələri yaxından izləyirik
"Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur. Bu, həm Bakıda, həm də İrəvanda təsdiqlənir".
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Rəsmi İrəvanın son açıqlamalarına münasibət bildirən Zaxarova qeyd edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanda sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələri yaxından izləyir.
"Siyasi mövzularda əsas fikir ayrılıqları, təəssüf ki, davam edir, buna görə də bu mərhələdə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının ən yüksək səviyyədə yerinə yetirilməsini prioritet hesab edirik. Humanitar məsələlər, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər bu kimi addımlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və son siyasi həllinə nail olmaq üçün şərait yaratmağa kömək edəcək", - Zaxarova əlavə edib. ("Report")
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü