Rusiyada təyyarə qəzası: ölənlər var - YENİLƏNDİ
Bizi izləyin

MDB

Rusiyada təyyarə qəzası: ölənlər var - YENİLƏNDİ

Rusiyanın İrkutsk vilayətində baş verən təyyarə qəzasında 4 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu vbarədə TASS-a hadisə ilə bağlı yaradılan Operativ Qərargahdan məlumat verilib.

"Üç sərnişin və bir pilot həlak oldu. İkinci pilot şok vəziyyətindədir", - mənbə bildirib.

xxx

Rusiyanın İrkutsk vilayətində “L-410” sərnişin təyyarəsi qəza enişi edib.

Publika.az xəbər verir ki, göyərtəsində 16 nəfər olan təyyarə Kazaçinsk yaşayış məntəqəsinin 4 kilometrliyində tayqada yerə enib.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm