Moskvadan İranın yük maşınlarının saxlanmasına MÜNASİBƏT
Bizi izləyin

MDB

Moskvadan İranın yük maşınlarının saxlanmasına MÜNASİBƏT

"Moskva Bakı və İrəvanın delimitasiya məsələlərinə dair təkliflərə cavab verməsini gözləyir".

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

"Biz Ermənistan ilə Azərbaycan arasında sərhədin ayrı-ayrı sahələrindəki vəziyyəti diqqətlə izləyirik. Vəziyyətin inkişafı növbəti dəfə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesinin tezliklə işə salınmasına, sonradan bütün sərhəd boyunca demarkasiya prosesinə başlanılmasına ehtiyac olduğunu təsdiqləyir", - deyə Zaxarova brifinqdə bildirib.

O xatırladıb ki, Rusiya bu məsələ ilə bağlı təkliflərini həm Bakıya, həm də İrəvana təqdim edib:

"Biz gələcək kursun formalaşdırılması üçün tezliklə cavab gözləyirik. Paralel olaraq, razılaşmaların ən yüksək səviyyədə yerinə yetirilməsinə uyğun olaraq bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün birgə səylərimizi davam etdirəcəyik”

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm