• USD 1,7000 0,00% EUR 1,9813 +0,05%
    • GBP 2,3489 +0,04% RUB 0,0240 0,00%

Vahid Rusiya Partiyası seçkilərdə öndə gedir - “Exit poll”

  • MDB
  • 19 Sentyabr 2021 23:31
Vahid Rusiya Partiyası seçkilərdə öndə gedir - “Exit poll”

Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 faiz toplayaraq və zəruri olan 5 faizliklik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.

Publika.az xəbər verir ki, İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğuya - “exit poll”un nəticələrinə əsasən "Vahid Rusiya" 45,2 faiz, Rusiya Federasiyası Kommunist Partiyası – 21 faiz, Rusiya Liberal Demokrat Partiyası - 8,7 faiz, "Ədalətli Rusiya" - 7,9 faiz səs toplayıblar. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 faiz səslə "Yeni insanlar" Partiyası göstərib.

VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR