Qazaxıstanda SİLAHLI HÜCUM: 5 nəfər öldürüldü
Bizi izləyin

MDB

Qazaxıstanda SİLAHLI HÜCUM: 5 nəfər öldürüldü

Qazaxıstanın Almatı şəhərində polis və icra məmurları silahlı hücuma məruz qalıblar.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" Almatı Polis Şöbəsinə istinadla məlumat yayıb.

"Məhkəmənin evi boşaltmaqla bağlı verdiyi qərarı icra etmək üçün hadisə yerinə gedən polislərə, icra məmurlarına və Fövqəladə Hallar Şöbəsinin əməkdaşlarına ev sahibi, 1967-ci ilə təvəllüdlü şəxs silahla hücum edib. Hücum zamanı 2-si polis olmaqla 5 nəfər həyatını itirib", - məlumatda deyilir.

Təhlükəsizlik qüvvələri cinayət törədən şəxsi operativ əməliyyatla ələ keçiriblər.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm