Rusiya XİN: ABŞ bir neçə rusiyalını sanksiyalar siyahısından çıxarıb
Bizi izləyin

MDB

Rusiya XİN: ABŞ bir neçə rusiyalını sanksiyalar siyahısından çıxarıb

ABŞ tərəfi dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfərinə razılıq əvəzində bəzi rusiyalıları sanksiyalar siyahısından çıxarıb.

Publika.az xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu, (səfər - red.qeydi) onların arzusu idi. O həqiqətən də sanksiyalar siyahısında idi. Bu o deməkdir ki, həmin şəxs sərhədi keçə bilməz. Onlar da Rusiya nümayəndələrini, beynəlxalq məsələlərlə məşğul olan şəxsləri öz sanksiyalar siyahısına salmışdılar. Odur ki, bu məsələ paritet əsasında həll olunub", — deyə Zaxarova "Rusiya1" telekanalında çıxışı zamanı bildirib.

Nazirlik rəsmisi Vaşinqtonun məhz kimlərin adlarını qadağan siyahısından çıxardığını dəqiqləşdirməyib.

Viktoriya Nuland Birləşmiş Ştatların Rusiya və keçmiş SSRİ ölkələri üzrə əsas mütəxəssislərindən biri hesab olunur. Nuland dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində olduğu zaman məhz bu istiqamətlə məşğul olub.

Oktyabrın 11-13-də Nulandın Moskvada xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm