Qırğızıstanda yol qəzası 8 nəfərin ölümünə səbəb oldu
Bizi izləyin

MDB

Qırğızıstanda yol qəzası 8 nəfərin ölümünə səbəb oldu

Qırğızıstanın Talas rayonunun Kara-Oy kəndində baş verən avtomobil qəzasında səkkiz nəfər həyatını itirib.

Publika.az Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Suusamır-Talas-Taraz avtomobil yolunun 61-ci kilometrində baş verən qəza “Honda-Stepvaqon” minik maşınının “DAF” ağır yük maşını ilə toqquşması nəticəsində baş verib.

Məlumatda bildirilir ki, ölənlərin yeddisi kişi, biri qadındır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm