XİN: Rusiya Azərbaycan-İran gərginliyinin azalmasına tərəfdardır
Bizi izləyin

MDB

XİN: Rusiya Azərbaycan-İran gərginliyinin azalmasına tərəfdardır

Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

O qeyd edib ki, bir-birinə yaxın olan Azərbaycan və İran dövlətləri istisnasız olaraq bütün məsələləri siyasi və diplomatik metodlarla həll etməlidir.

“Biz öz tərəfimizdən regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına istiqamətlənən səylər göstəririk. Hesab edirik ki, bu cür iş İran da daxil olmaqla regionun bütün ölkələrinin maraqlarına cavab verməlidir”, - M. Zaxarova vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm