"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğradı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

MDB

"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğradı - FOTO/VİDEO - (YENİLƏNDİ)

Qazaxıstanın Bakıda “Qarabağ” komandası ilə qarşılaşmadan sonra ölkələrinə qayıdan “Kayrat” komandasının üzvlərinin uçduğu təyyarə Alma-Ata aeroportunda avtomobillə toqquşub.

“FlyJet” aviaşirkətinə aid təyyarə aeroporta enərkən yerüstü xidmətə aid “Renault” avtomobili onun qanadını əzib. İnsidentin təfərrüatları araşdırılır. Toqquşmadan sonra sərnişinlər qəza təxliyyəsi üçün bir saata yaxın təyyarədə gözləməli olublar.

İnsidentlə bağlı araşdırma başlayıb. “Flightradar24” saytının məlumatlarına əsasən təyyarə ötən gün axşam Bakıdan uçub və yerli vaxtla 6.43-də Alma-Ata aeroportuna enib.

Təyyarənin məxsus olduğu “FlyJet” aviaşirkətinin adı bundan əvvəl Əfqanıstanın taliblərdən qaçan keçmiş prezidenti Əşrəf Qəninin Dubaya uçması qalmaqalında keçirdi.

xxx

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

Fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.

Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, oktyabrın 21-də "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm