• USD 1,7000 0,00% EUR 1,9253 -0,05%
    • GBP 2,2596 -0,19% RUB 0,0229 -0,44%

Ruslar Qarabağ müharibəsinə aid elə görüntülər yaydı ki… - FOTO

  • MDB
  • 24 Oktyabr 2021 08:00
  • 19 310 Baxış
Ruslar Qarabağ müharibəsinə aid elə görüntülər yaydı ki… -  FOTO

Rusiya mediası 44 günlük Qarabağ müharibəsində Ermənistanın təkcə bir döyüşdə itirdiyi hərbi texnikalarla bağlı peykdən çəkilmiş görüntüləri yayıb.

Publika.az xəbər verir ki, həmin görüntülərdə xeyli sayda hərbi texnikanın məhv edildiyi diqqəti çəkir.

Məlumatda deyilir ki, mövcud görüntülər Füzuli istiqamətində gedən döyüşlərdə çəkilib. Və yalnız bir döyüş səhnəsini əhatə edir. Belə ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun 50 hərbi texnikasının məhv edilidiyi görüntülərdə əks olunub.

Rusiya mediası yazır ki, Füzuli istiqamətində cəmləşmiş erməni ordusu Azərbaycanın hücumları qarşısında dayana bilməyib. Elə bu səbəbdən də qısa zamanda 50 hərbi texnikası məhv edilib. Azərbaycan tərəfi erməni hərbi texnikalarını İsrail istehsalı olan "Spike NLOS" raket kompleklsi vasitəsi ilə məhv edib:

"Təqdim olunan peyk görüntülərində erməni ordusunun hansı böyük itkilər verdiyini aydın görmək olar. Həmçinin digər mənbələr də təsdiq edirlər ki, həmin görüntülərin əks etdirdiyi döyüş cəmi bir saat çəkib. Nəticədə, ermənilərin nəinki bütün hərbi texnikası, həmçinin həmin döyüşdə iştirak edən canlı qüvvəsi də tamamilə məhv edilib".

"Armenian Military Portal" isə bu döyüşlərin konkret olaraq harada baş verdiyini dəqiqləşdirib. "Telegram" kanalı da təsdiq edir ki, 44 günlük müharibədə ən dəhşətli döyüşlər Füzuli istiqamətində olub:

"Həmin peyk görüntüləri təkcə bir döyüşdəndir. Bu döyüş Nüzgar kəndi yaxınlığında baş verib. Orada 50-yə yaxın hərbi texnikanın vurulduğu aydın görünür. Ermənilər bu döyüşdə bütün qüvvələrini atıb qaçıblar".

Sözügedən "Telegram" kanalı daha sonra bildirir ki, "Spike NLOS" raket kompleksləri müharibədə Ermənistan ordsusunun darmadağın edilməsində həlledici rol oynayıb:

"Məhz bu raket kompleksləri sayəsində Ermənistan ordusunun çoxlu sayda hərbi texnikası və Havadan Müdafiə Sistemləri məhv edilib". (Milli.az)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR