Lavrov: Rusiya ilə NATO arasında əlaqə yoxdur
Bizi izləyin

MDB

Lavrov: Rusiya ilə NATO arasında əlaqə yoxdur

"Mən Rusiya ilə NATO arasındakı əlaqələri fəlakətli adlandırmazdım, çünki bunun üçün ümumiyyətlə, hər hansı bir əlaqə olmalıdır. Bizim isə NATO ilə heç bir münasibətimiz yoxdur".

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov norveçli həmkarı Anniken Huitfeldlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

Lavrov NATO ilə münasibətlərinin olmadığını bəyan etdiyi halda bu qurumun Baş katibi Yens Stoltenberqi özünün dostu adlandırıb.

"NATO Rusiyanın dostu deyil, onlar bizimlə dostluq istəmirlər. Onlar Rusiya və Çini NATO-ya təhlükə adlandırırlar. Mənim yaxın dostum, Norveçin möhtəşəm Baş naziri olmuş Yens Stoltenberq indi bəyan edir ki, NATO bütün dünyada təhlükəsizliyə görə məsuliyyət daşımalıdır", – rusiyalı nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm