Moskvadan İrəvana KRİTİK ZƏNG: Lavrov Mirzoyanla nəyi müzakirə etdi?
Bizi izləyin

MDB

Moskvadan İrəvana KRİTİK ZƏNG: Lavrov Mirzoyanla nəyi müzakirə etdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

"Humanitar problemlərin həllində irəliləyişə, ilk növbədə saxlanılan şəxslərin geri qaytarılmasına, mina xəritələrinin verilməsinə və mədəni-dini irsin qorunmasına xüsusi diqqət yetirilib. Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, regional əməkdaşlıq üçün əlverişli şəraitin yaradılması məsələləri ilə bağlı "saatlar dəqiqləşdirilib". Ermənistan ilə Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla nizamlanmasına yönələn səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb", - Rusia XİN-dən bildirilib.

Nazirlər həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm