Rusiyada koronavirusun yeni ştamları tapıldı
Bizi izləyin

MDB

Rusiyada koronavirusun yeni ştamları tapıldı

Rusiyada götürülən testlər zamanı bir nəfərdə koronavirusun “lambda” ştamına, üç nəfərdə isə “mü” variantına yoluxma halı aşkar edilib.

Publika.az "İnterfax"a istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin açıqlama veib.

Həkim bildirib ki, koronavirusun “delta” ştamı dünyada olduğu kimi Rusiyada da dominant olaraq qalır.

O xatırladıb ki, koronavirusun “lambda” və “mü” ştamları ilk dəfə Cənubi Amerikada aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm