"Briqada"nın məşhur aktyoru vəfat etdi - FOTO
Bizi izləyin

MDB

"Briqada"nın məşhur aktyoru vəfat etdi - FOTO

"Briqada" serialında "Şmidt" obrazı (Saşa Beloqonun mühafizə rəisi) ilə tanınan aktyor Dmitri Qumenetski 49 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Beşinci Kanal məlumat yayıb .

Bildirilib ki, Qumenetskio 2015-ci ilin sentyabrından külli miqdarda narkotik partiyası saxladığına görə cəza çəkdiyi Ryazan vilayətindəki ciddi rejimli koloniyadan şərti olaraq azadlığa buraxılıb. Bundan sonra o, hospisə yerləşdirilib.

Sənətçi "Нежный возраст", "Бумер" və "Цена жизни" filmlərində də rol almağı bacarıb. Qumenetski “Briqada” teleserialını çəkməzdən əvvəl xüsusi təyinatlıların mayoru olmaqla yanaşı, hərbi əməliyyatlarda təcrübəsi olan peşəkar hərbçi olub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm