Rusiyada qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 9 nəfər olub
Bizi izləyin

MDB

Rusiyada qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 9 nəfər olub

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 9 nəfər olub.

Publika.az xəbər verir ki, bunu vilayət üzrə FHN rəhbərinin müavini Andrey Ryabovolov deyib.

"İlkin məlumatlara görə, göyərtədə 9 nəfər olub. Onlardan 5-i heyət üzvü, digər 4-ü yükü müşayiət edənlər olub", - deyə nazirlik rəsmisi bildirib.

O əlavə edib ki, hazırda altı nəfərin cəsədi aşkarlanaraq ekspertizaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm