Rusiyada vəziyyət KRİTİK HƏDDƏ ÇATDI - Yoluxma sayında REKORD GÖSTƏRİCİ
Bizi izləyin

MDB

Rusiyada vəziyyət KRİTİK HƏDDƏ ÇATDI - Yoluxma sayında REKORD GÖSTƏRİCİ

Rusiyada son 24 saatda 41 min 335 yeni yoluxma aşkarlanıb və gündəlik yoluxmaların sayı rekord qırıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 31-də ölkədə son qeydə alınan rekord yoluxma sayı (40 min 993) bu gün yenilənib.

Rusiya Koronavirusla Mübarizə Mərkəzinin verdiyi açıqlamada son 24 saatda ölkə daxilində 41 min 335 yeni yoluxma halının aşkar edildiyi, bunun epidemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək gündəlik yoluxma sayı olduğu bildirilib.

Oktyabrın 30-da elan edilən 1 həftəlik tətil Rusiyada koronovirusdan ölənlərin və yoluxma sayının pik həddə çatması ilə sabah başa çatacaq. Ümumi yoluxma sayı 8 milyon 755 min 930 olduğu halda, gündəlik yoluxmaılar ardıcılı olaraq 4 gündür ki, 40 mini keçir. Son 24 saatda ən çox yoluxma 6880 nəfərlə paytaxt Moskvada, Sankt-Peterburqda isə 3 min 138 yeni yoluxma qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm