ABŞ-da işçilər üçün məcburi peyvənd tələbi LƏĞV EDİLDİ
Bizi izləyin

MDB

ABŞ-da işçilər üçün məcburi peyvənd tələbi LƏĞV EDİLDİ

ABŞ-ın Beşinci Dairəsi üzrə Apellyasiya Məhkəməsi ABŞ prezidenti Co Baydenin orta və iri şirkətlərin işçilərinin məcburi peyvənd olunması ilə bağlı qoyduğu qaydanı dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə şənbə günü "Reuters" məlumat yayıb.

Bildirilib ki, məhkəmə müəyyən edilmiş tələbin səbəb olduğu ciddi qanunvericilik və konstitusiya pozuntularına istinad edib.

Agentliyin məlumatına görə, məhkəmə məlum qərarı insan haqları qrupları, eləcə də Texas, Luiziana, Missisipi, Cənubi Karolina və Yuta ştatlarının nümayəndələrinin birgə müraciətinə reaksiya olaraq verilib.

Bundan əvvəl Ağ Ev ölkədəki özəl şirkətlərin 84 milyona yaxın əməkdaşına 2022-ci il yanvarın 4-dək koronavirusa qarşı peyvənd edilməli və ya müntəzəm olaraq testlərdən keçməsi əmri vermişdi. Sərəncamdan göründüyü kimi, bu tədbir 100 və daha çox işçi heyəti olan müəssisələr üçün nəzərdə tutulub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm