Rusiya hərbçiləri faciəvi şəkildə öldü
Bizi izləyin

MDB

Rusiya hərbçiləri faciəvi şəkildə öldü

Noyabrın 12-də Rusiya Hava Desant Qüvvələrinin Belarusun Qrodno vilayətində keçirilən təlimdə bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, paraşütlə eniş zamanı iki Rusiya hərbçisi ölüb.

Rusiya Müdafiə Nazirliyi hadisə barədə məlumat yayıb.

Bildirilib ki, bədbəxt hadisəyə səbəb qəfil əsən güclü külək olub.

Yüksək ixtisaslı iki müqaviləli hərbçidən biri ehtiyat paraşütlə hər ikisini xilas etməyə çalışsa da paraşüt sistemi işə düşməyib və arzuolunmaz eniş olub. Hər iki hərbçi aldıqları xəsarətlərdən yerindəcə ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm