• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Rusiya XİN Azərbaycanla Ermənistana ÇAĞIRIŞ ETDİ

  • MDB
  • 17 Noyabr 2021 20:48
  • 504 Baxış
Rusiya XİN Azərbaycanla Ermənistana ÇAĞIRIŞ ETDİ

Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – o, deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.

“Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün müvafiq addımlar atılmalıdır ki, hazırda Rusiya Prezidenti və aidiyyəti qurumlar bununla məşğuldur”, - deyə XİN sözçüsü bildirib.

O, Rusiyanın həyata keçirdiyi vasitəçilik missiyasının regionda sülhün bərqərar olmasına yönəldiyi də diqqətə çatdırıb:

“Tərəflərdən hər birinin öz mənafeyi var. Bunlardan bəziləri vəziyyətin inkişafına dair bizim rəyimizə ziddir, bəziləri isə uyğun gəlir. Hazırda vəziyyətin daha da gərginləşməməsi və dinc məcraya yönəlməsi üçün səy göstəririk”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR