Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu, çox sayda yaralı var - (YENİLƏNDİ)
Bizi izləyin

MDB

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu, çox sayda yaralı var - (YENİLƏNDİ)

Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

"Axtarış-xilasetmə əməliyyatında iştirak edən mədən xilasediciləri də daxil olmaqla, ümumilikdə 57 nəfər xəsarət alıb", - mənbə bildirib.

Kuzbass Sibir Federal Dairəsinin Kemerovo vilayətinin Belovski rayonundakı "Listvyajnaya" mədənində fövqəladə hadisə cümə axşamı səhər saatlarında baş verib. Ümumilikdə yerin altında 287 nəfər olub. Son məlumatlara görə, altı xilasedicisi də daxil olmaqla 52 nəfər həlak olub.

Faktla bağlı cinayət işi açılıb. Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı olub.

Rusiya Federasiyası baş prokurorunun müavini Dmitri Demeşinin sözlərinə görə, mədəndə fövqəladə vəziyyətə səbəb metan partlayışı olub.

Listvyazhnaya mədəni 2003-cü ilin oktyabrında Kemerovo vilayətinin Belovski rayonundakı "İnskaya" mədəninin bazasında yaradılıb və "SDS-Ugol" şirkətinin tərkibində fəaliyyət göstərən kömür hasilatı müəssisəsidir.

xxx

25.11.2021 - 23:13

Kuzbass Sibir Federal Dairəsinin Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölənlər arasında 6 nəfər xilasedici var.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm