Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək
Bizi izləyin

MDB

Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısı Baş nazirin Bakıya səfərinə hazırlıq barədə bildirib. Həmçinin qeyd edib ki, Dövlət Duması sədri Vyaçeslav Volodin də Azərbaycana səfər edəcək.

“Bizim Baş nazirimizin və Dövlət Duması sədrinin səfərinə hazırlıq görülür”, - Putin vurğulayıb. (“Report”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm