Mirziyoyev Qaraqalpaqla bağlı konstitusiyaya dəyişiklik etməyəcək
Bizi izləyin

MDB

Mirziyoyev Qaraqalpaqla bağlı konstitusiyaya dəyişiklik etməyəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bölgədə baş verən iğtişaşlardan sonra müvafiq addımı atıb.

Xatırladaq ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm