Şmıqal: “Ukraynanın hərbi xərcləri 10 dəfə artıb”
Bizi izləyin

MDB

Şmıqal: “Ukraynanın hərbi xərcləri 10 dəfə artıb”

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Kiyevin hərbi xərcləri 10 dəfə, 13 milyard qrivnadan (təxminən 440 milyon dollar – Red) 130 milyard qrivnaya qədər artıb”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal söyləyib.

“Ordunun saxlanması üçün təxminən 156 milyard qrivnamız olsaydı, bu, Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna ordusunun illik büdcəsi idi, bu gün təxminən 130 milyard aylıq məbləğdir”-deyə, o əlavə edib.

Denis Şmıqal əlavə edib ki, sosial müavinətlərə, dağılmış infrastrukturun bərpasına və məcburi köçkünlərə ayrılan xərclər də xeyli artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm