Etirazçılar hərəkətə keçdi: hakim partiyanın ofisi...
Bizi izləyin

MDB

Etirazçılar hərəkətə keçdi: hakim partiyanın ofisi...

Ölkə parlamenti önündə keçirilən "Evə - Avropaya doğru" adlı aksiyanın təşkilatçıları planlarını açıqlayıblar.

Publika.az xəbər verir ki, aksiyanın bir qrup iştirakçısı "Gürcü Arzusu"nun ofisinə doğru hərəkətə keçiblər.

Hazırda çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı dəstə "Gürcü Arzusu" ofisinin qarşısına səfərbər olunublar.

Kütlənin böyük qismi isə parlament qarşısında qalmaqdadır. Aksiya iştirakçılarının gecə saatında hökumət evinin qarşısına gedərək səhərədək orada qalacaqları planlaşdırılır.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, hökumət geri addım atmasa, hər bir dayanılacaq yerdə 3 min nəfərdən ibarət etirazçı kütlə davamlı olaraq orada qalacaq.

Xatırladaq ki, keçirilən "Evə - Avropaya doğru" aksiyasının əsas tələbi baş nazir İrakli Qaribaşvilinin istefa etməsi və qış gələnə qədər Avropa İttifaqının təqdim etdiyi 12 bəndin hamısını yerinə yetirəcək milli hökumətin yaradılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm