Dollar 70 rubla kimi bahalaşa bilər
Bizi izləyin

MDB

Dollar 70 rubla kimi bahalaşa bilər

2022-ci ilin sonuna dolların məzənnəsi 70 rubla qədər yüksələ bilər.

Publika.az xəbər verir ki, bun barədə TASS-a VEB-in baş iqtisadçısı Andrey Klepaç məlumat verib.

O, həmçinin Rusiya Bankının iyulun sonunda əsas faiz dərəcəsini 9,5% səviyyəsində saxlamasını təklif edib.

Ekspert hesab edir ki, rublun möhkəmlənməsini cilovlamaq üçün inflyasiyanın yavaşlamasına baxmayaraq, onu əhəmiyyətli dərəcədə azaltmaq lazım idi.

İyulun 5-də dolların məzənnəsi iyunun 3-dən sonra ilk dəfə 62 rublu, avro isə iyunun 8-dən bəri ilk dəfə 64 rublu ötüb.

İqtisadiyyat və maliyyə bazarları üzrə ekspert Vitali Kaluqin "Sputnik" radiosuna müsahibəsində bunun Mərkəzi Bankın icazəsi ilə həyata keçirilən valyuta müdaxiləsinin nəticəsi olduğunu irəli sürüb:

“Dolların belə bahalaşmağa başlaması üçün elə bir vəziyyət yaratmaq lazım idi ki, bazarda neft və qaz ixracatçılarından daxil olan valyuta az olsa da, dollar çox alınsın. Bu cüt şəraitdə real alıcı az olsa belə məzənnə kəskin yüksəlir. Dolların dəyəri beləliklə, 60-62 rubl səviyyəsinə endirilə bilər".

Ekspertin fikrincə dolların bahalaşması, qısamüddətli olacaq. O, nümunə olaraq, may ayında cəmi üç gün davam edən oxşar artımı göstərib. Bundan sonra dollar yenidən aşağı düşüb.

İqtisadçı qeyd edib ki, dolların uzunmüddətli möhkəmlənməsi üçün heç bir fundamental səbəb yoxdur:

"İxracatçıların qaz və neft üçün aldıqları valyuta var. Onlar dollar satmağa başlayanda məzənnə yenidən 50 rubla enəcək".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm