Nukusdakı iğtişaşları onlar hazırlayıb - Mirziyoyev AÇIQLADI
Bizi izləyin

MDB

Nukusdakı iğtişaşları onlar hazırlayıb - Mirziyoyev AÇIQLADI

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, ölkənin Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukusda baş vermiş son iğtişaşlar xarici dövlətlərin köməyi ilə uzun illər öncədən hazırlanıb.

Publika.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Şerzod Əsədov bildirib.

"Bütün son tədbirlər baş tutandan bir deyil, on gün əvvəl hazırlanıb və təşkil olunub. Bu hadisələr uzun illərdir ki, xarici qüvvələr tərəfindən hazırlanıb", - Əsədov Mirziyoyevdən sitat gətirib.

“Əsas məqsəd Özbəkistanın ərazi bütövlüyünü pozmaq və millətlərarası münaqişəni alovlandırmaq olub”, - deyə ölkə prezidenti bildirib.

Baş Prokurorluğun son hadisələrlə bağlı təfərrüatlı araşdırmalara başladığını qeyd edən Mirziyoyev deyib ki, ictimai rəy nümayəndələrinin, deputatların və ictimai fəalların da bu araşdırmaya qoşulması lazımdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm