Tokayevdən Kremli qıcıqlandıran qərar - Astana niyə Transxəzəri seçdi?
Bizi izləyin

MDB

Tokayevdən Kremli qıcıqlandıran qərar - Astana niyə Transxəzəri seçdi?

Rusiya ixracatçıları tərəfindən Qazaxıstan neftinin nəqlinin dayandırılması riskləri fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a yüklərin dəniz daşımalarını inkişaf etdirməyi tapşırıb.

Publika.az xəbər verir ki, dövlət başçısının fikrincə, hökumət Qazaxıstan limanlarını da transformasiya etməli və onları Xəzər dənizinin aparıcı qovşaqlarından birinə çevirməlidir.

“Prioritet istiqamət Transxəzər marşrutudur. “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanını işləyib hazırlamağı tapşırıram. Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz daşımalarının imkanlarından tam həcmdə istifadə etməyib. Amma indi başqa dövrdür”, – Tokayev ölkənin nəqliyyat və tranzit infrastrukturunun inkişafı üzrə müşavirədə bildirib.

O əlavə edib ki, Qazaxıstan rəhbərliyi ölkənin dəmir yolu infrastrukturunu modernləşdirməlidir. Tokayev hesab edir ki, ixrac əməliyyatlarının təmin edilməsi üçün nəqliyyat-logistika sahəsi xüsusilə vacibdir.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən nəqliyyat dəhlizidir. Marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon ton yük təşkil edir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm