Qonşuda çörəyin qiyməti yenə bahalaşdı
Bizi izləyin

MDB

Qonşuda çörəyin qiyməti yenə bahalaşdı

"Rusiyanın buğdaya tətbiq etdiyi gömrük rüsumu, ölkədəki bütün iri dəyirmanların fəaliyyətini dayandırmasına səbəb olub".

Publika.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuz Gürcüstandakı “Baraka” kombinatının direktoru Lado Bidzinaşvili məlumat verib.

O bildirib ki, Gürcüstan bazarında xaricdən gətirilən unun qiyməti bahalaşıb, bunun nəticəsində son 3 ayda çörəyin qiyməti 30% artıb:

“Artıq bir neçə aydır ki, buğda əvəzinə xaricdən un idxal olunur. Unun xaricdə qiyməti artdığı üçün, ölkəmizdə də qiyməti qalxıb.

Bu səbəbdən də son üç ayda çörəyin qiyməti 30% artıb. Hazırda bütün dəyirmanlar öz fəaliyyətini dyandırıb və heç bir böyük dəyirman sırf Gürcüstan məhsulunu emal etmək üçün fəaliyyətini bərpa edə bilmir.

Yeni mövsüm zamanı rus və ya qazax buğdasının texniki göstəricilərinin də qənaətbəxş olmayacağını görürük. Bundan əlavə, biz ölkədə o qədər buğda istehsal edə bilmərik ki, böyük istehsalçılar emala başlasın. Kiçik dəyirmanlar müəyyən miqdarda emal edə bilər, lakin böyük dəyirmanların yalnız gürcü buğdası üzərində işləməsi qeyri-realdır", - deyə L. Bidzinaşvili bildirib.

Məlumat üçün bildirək ki, “Baraka” Gürcüstanda ötən ay fəaliyyətini dayandıran, lakin hələ də çörək bazarında qalan ən iri dəyirman şirkətlərindən biridir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm