Kremlin 2 generalı eyni vaxtda Ukraynaya göndərməsi... - ISW
Bizi izləyin

MDB

Kremlin 2 generalı eyni vaxtda Ukraynaya göndərməsi... - ISW

İki yüksək rütbəli generalın eyni vaxtda Ukraynadakı əməliyyatlara komandanlığı Rusiyanın gələcək əməliyyatlarına mane ola bilər.

Publika.az xəbər verir ki, Müharibənin Öyrənilməsi üzrə Amerika İnstitutunun (ISW) analitikləri belə qənaətə gəliblər.

Ekspertlər qeyd ediblər ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsinin komandanı ordu generalı Sergey Surovikinə və Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapinə bütün istiqamətlərdə hücum əməliyyatlarını gücləndirmək əmri verib. Şoyqu həmçinin qeyd edib ki, Surovikin və Lapinin hər ikisi Şərq oxundakı qüvvələrə komandanlıq etməyə davam edəcəklər. Bu, analitiklərə birmənalı görünmür.

“Bu miqyasda qüvvələri və səyləri cəmləşdirmək üçün yalnız bir çox yüksək rütbəli baş komandan lazımdır. Prinsipcə, Surovikin komandanlıq etməlidir, çünki o rütbə baxımından Lapindən yüksəkdir... Ukraynadakı Rusiya hərbi komandanlığının strukturunu yenidən təşkil etmək üçün operativ pauzadan istifadə etmək və müvəqqəti strukturu saxlamaq əvəzinə onun qərarı çox qəribə görünür”, - ekspertlər vurğulayırlar.

ABŞ analitik mərkəzi hesab edir ki, bu, sonda ruslar üçün problemə çevriləcək.

“İki yüksək rütbəli generalın çox kiçik bir ərazidə əməliyyatlar üzərində ikili komandanlığı gələcəkdə Rusiyanın əməliyyatlarına mane ola bilər”, - məlumatda deyilir.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm