Daha 2 gəmi Ukraynadan Türkiyəyə yola düşdü
Bizi izləyin

MDB

Daha 2 gəmi Ukraynadan Türkiyəyə yola düşdü

Bir qədər əvvəl ərzaq yüklənmiş daha iki gəmi Ukraynadan Türkiyəyə yola düşüb.

Publika.az xəbər verir ki, İtaliyaya 11 min ton soya aparacaq "Sakura" adlı gəmi Türkiyənin İsgenderun limanına doğru yol alıb.

"Sakura" Ukraynanın "Yujnı" limanından səfərə çıxıb.

İçərisində 48 min 458 ton qarğıdalı olan "Arizona" adlı digər gəmi isə Çernomorsk limanından Türkiyə istiqamətində irəliləməyə başlayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm