MDB
Tokayevi kim öldürmək istəyib? - MTK AÇIQLADI/FOTO
Qazaxıstan xüsusi xidmət orqanları prezident Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini həbs edib.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb .
“Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan prezidentinə sui-qəsdi hazırlayan şəxsin adını açıqlayıb. Keçmiş jurnalist Ayan Atiqayev olduğu üzə çıxıb. O, xarici agent olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ayan Atiqayev barəsində Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsinin 1-ci hissəsində və 255-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayətlər üzrə Cinayət Axtarış İdarəsi tərəfindən cinayət işi başlanıb.
Birinci maddə əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə, Qazaxıstan Respublikasının vətəndaşlığından məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Qeyd edək ki, bu il martın 25-də Nur-Sultan şəhərində Müdafiə Nazirliyinin əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd təşkil etməyi planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb. O, qazaxıstan vətəndaşına və bir sıra yüksək vəzifəli dövlət məmurlarına, xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror fəaliyyəti həyata keçirməyi də planlaşdırıb.

Ayan Atiqayevin üzərindən xaricdə istehsal olunan snayper tüfəngi, səsboğucu, narkotik vasitə və külli miqdarda pul aşkar edilib. Bundan əlavə, o, sosial şəbəkələrdə müvafiq materialları dərc etməklə Qazaxıstanda anti-Rusiya təbliğatının aparılması və cəmiyyətdə rusofob baxışların formalaşdırılması vəzifələrini işləyib hazırlayıb. İlkin araşdırma zamanı Qazaxıstan vətəndaşı yuxarıdakı hərəkətləri göstəriş əsasında xarici ölkənin maraqları naminə törətdiyini etiraf edib.
Hüseyn İbadlı
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?






















.png)












