MDB
Rusiyanın canlı qüvvə itkisi: 20 minin 5 mini muzludur - “Nyu York Tayms”
Rusiyanın Ukraynadakı gündəlik canlı qüvvə itkisi azı 500 nəfər təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, şərq cəbhəsində Rusiya hərbçilərinin hərəkət tempi ABŞ-ın reaktiv yaylım atəş sistemlərinin gəlməsi ilə səngiyib və bu, Ukrayna qoşunlarına bəzi əraziləri geri qaytarmağa imkan verib.
“Rusların altı aydan az müddətdə 70-80 min itki verdiyini əminliklə demək olar. Onlar son bir neçə həftə ərzində çox olmasa da, şərqdə müəyyən irəliləyiş əldə ediblər, lakin bu, Ukrayna ordusunun nə qədər yaxşı döyüşdüyünü göstərir və aldıqları yardıma görə Rusiya ordusuna irəliləmək çox baha başa gəlir”, - qəzet ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavininə istinadla qeyd edib.
Nəşr iki amerikalı məmura istinadla yazıb ki, itkilərin 20 minini ölənlər, qalanını yaralılar təşkil edir. Ölənlər arasında “Vaqner” muzdlularının sayı 5 mindir.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR