MDB
Rusiyanın eks-prezidenti Ukraynaya getdi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev dünən Ukraynanın işğal olunmuş ərazilərinə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalist Nadana Fridrixsona açıqlamasında bildirib.
D.Medvedev deyib ki, o, Luqanska “Luqansk və Donetsk xalq respublikaları”nın və “işğaldan azad edilmiş digər ərazilərin” sakinlərinin müdafiəsinin yaxşılaşdırılmasını müzakirə etmək məqsədilə səfər edib.
Siyasətçi əlavə edib ki, hərbi əməliyyatlar zonasında olmaq onun üçün qorxulu deyil. “Qoy bizdən qorxsunlar”, - o qeyd edib.
“LXR”ə səfəri zamanı Medvedyev “respublikanın rəhbəri” Leonid Paseçnik və “DXR” rəhbəri Denis Puşilinlə görüşüb. Təhlükəsizlik Şurası rəhbərinin müavini Donbas sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə prioritet tədbirlərə dair də iclas keçirib.
Tədbirdə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, daxili işlər naziri Vladimir Kolokoltsev, tikinti naziri İrek Fayzullin, FTX-nin direktoru Aleksandr Bortnikov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər. İclasda həmçinin “LXR və DXR”in sosial-iqtisadi inkişafı, o cümlədən infrastrukturun bərpası, xəstəxanaların təmiri və məktəblərin dərs ilinin başlanmasına hazırlanması ilə bağlı məsələlər qaldırılıb.
Səxavət
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO