MDB
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi

Florida məhkəməsi ABŞ-ın keçmiş lideri Donald Trampın əmlakında axtarış elan edib. O, həmçinin həbs edilmiş əmlakın inventarını dərc edib.
Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.
Sənədlərdə deyilir ki, məhkəmə avqustun 5-də axtarış qərarı verib.
Qeyd edək ki, FTB agentlərinə mülkün bütün ərazisini tədqiq etməyə icazə verilib.
Qəzetlərdə o da yazılır ki, məhkəmə digər məsələlərlə yanaşı, ABŞ Məcəlləsinin “müdafiə məlumatlarının toplanması, ötürülməsi və ya itirilməsi” maddəsini rəhbər tutub.
Müsadirə edilmiş əmlakın siyahılarına gəlincə, onların arasında fotoşəkillər, qeydlər, sənədlərin olduğu qutular, eləcə də tam məxfi sənədlər var.
Məhkəmənin istinad etdiyi maddə üzrə cəza cərimə və ya on ilədək həbs ola bilər.
Xatırladaq ki, ötən gün Tramp sənədləri könüllü olaraq FTB-yə təqdim edə biləcəyini bildirmişdi. O, həmçinin hökuməti ələ keçirilən sənədləri ictimailəşdirməyə çağırıb.
Hüseyn İbadlı

-
İdman04:15
Hamı onun açıq və büstqaltersiz geyimindən danışır - FOTOLAR
-
Hadisə03:32
Azərbaycanda ər arvadını qardaşına çay verdiyi üçün döydü - VİDEO
-
Magazin201:47
Teylor Svift ilin adamı seçildi
-
Hadisə01:04
Mədəkiçiltmə qurbanı olan Vüqar ölümündən əvvəl bunu edibmiş
-
Dünya00:57
Prezidentin oğlunu daşıyan maşın kuryeri vurub öldürdü
-
Sosial00:53
Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
-
Nida Xəbər 00:23
Azərbaycan sərhədinə 20 km tıxac yarandı - VİDEO
-
Qoroskop00:13
Günün ULDUZ FALI: Çalışmağa davam etsəniz...