Kreml: Hərbi strategiyamızda CİDDİ DƏYİŞİKLİK ola bilər
Bizi izləyin

MDB

Kreml: Hərbi strategiyamızda CİDDİ DƏYİŞİKLİK ola bilər

Moskva Ukraynada müharibənin əməliyyat coğrafiyasının genişlənməsinin şərtlərini açıqlayıb.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN-in Şimali Amerika departamentinin başçısı Aleksandr Darçiyev çıxış edib.

“Rusiya ordusu Ukrayna ərazisində xüsusi hərbu əməliyyat çərçivəsində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməkdə davam edir. Ölkəmiz ukraynalı döyüşçüləri hər cür hərbi sürsat və avadanlıqla silahlandıran birləşmiş Qərbə qarşı dayanıb. Əgər Avropa və Amerika bundan sonra da eyni ruhda hərəkət etsələr, Moskvanın hərbi strategiyasında ciddi dəyişikliklər baş verə bilər. Bu zaman Rusiya silahlı qüvvələri Donbasın iki respublikasındakı dinc əhalinin müdafiəsi üçün hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə məcbur olacaq”- yüksək çinli diplomat bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm